Atmosfer havasinin muhafizesi

Atmosfer havasının mühafizəsi
   Atmosferi sənaye tullantılardan və dumanlardan qorumaq üçün  toz və duman tutan aparatlar və sistemlərdən  istifadə edilir .
   Hazırda aşağıdakı toz tutan avadanlıqlar tətbiq edilir :
Quru toz tutanlar .
Yaş toz tutanlar .
Elektrik filtrləri .
Müxtəlif filtirlər .

   Toztutan aparatların qarışıqları böyük qatılıqda işlənilir . Bu zaman ardıcıl olaraq bir neçə aparat birləşdirilir . Qarışığın qatılığı havada 100 milliqram / m3 - dən aşağı olduqda müxtəlif filtirlər işlənilir . Müxtəlif təmizləyici aparatlarda qazların bərk və damcı qarışıqların ayrılması ümumi effektivlik xarakteristikası ilə mülahizə olunur .
η = C1 – C2 / C1
Burada  C1 və  C2 aparata daxil olan və çıxan qazda qarışığın qatılığıdır . Əgər təmizləmə bir neçə birləşdirilmiş aparatdan ayrılarsa, ümumi təmizlənmə effekti belə tapılır . 
η = 1 - ( 1 - η1 ) ∙ ( 1 - η2 ) ∙ ..... ∙  ( 1 - ηn )
η1 , η2, və ηn 1 - ci, 2 - ci, n - ci aparatların elektrik əmsalıdır . Bəzi hallarda da difraksiyalar üzrə də effektivlik əmsalları əmsallarından istifadə edilir . Toz təmizləyici aparatlarda hidravlik təzyiq itkiləri belə tapılır :
ΔP = P1 - P2 = ξ ∙ ρ ∙ W2 / 2
Burada  ρ və  W aparatın hava aparılan  kəsiyində havanın sıxlığı və sürətidir, ΔP -təzyiqdir, ξ - yerli hidravlik itkilər əmsalıdır . Həmçinin təcrübə yolu ilə tapıla bilər.  ΔP - əsasən mühərrikin gücünü göstərir . Təmizləmə prosesində ΔP  dəyişir artır . Odur ki, Δpbaş = Δpson olduqda təmizləmə aparatının işi dayandırılır və o təmizlənir. Təmizləyici xüsusi toz tutumu onun tutduğu tozun miqdarından asılıdır.
Bu miqdar 2 regenerasiya arasında vaxt ərzində aşağıdakı düsturla hesablanır .
τ = N ∙ F / η ∙ Q ∙ C
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir.
Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə daxil olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömür, neft və benzinin yandırılması iri asılı hissəcikləri (uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası nəticəsində əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot oksidlərinin reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, üzvi aerozollar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya aerozolları (məs. sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında əmələ gəlir) ola bilər.
Asılı hissəciklərin ölçüsünü, onların təsvirini və davranışını, mənşəyini, həmçinin kimyəvi tərkibin çökmə (düşmə) vaxtını və ya hava mühitində qalma vaxtını və ərazidə yayılmasını müəyyən etmək birinci dərəcəli əhəmiyyət kəsb edir. Asılı hissəciklərin havada ölçüsü 0,01-dən 100 mkm arasında dəyişir. Ölçüsü 10 mkm-dən iri olan hissəciklər tez çökür, təmizləmə apardıqda onları tutmaq olur. Kiçik hissəciklər (0,01-0,1 mkm) hava nümunəsində adətən az miqdarda müəyyən edilir.
Hissəciklərin xırda fraksiyaları (0,1-2,5 mkm) havada toplanır və uzaq məsafələrə aparıla bilir. İri hissəciklər (2 mkm-dən iri) qravitasiya çökmə prosesində yerə düşür, lakin bəzən küləyin təsirindən yuxarı qalxaraq havanın yenidən çirklənməsinə səbəb olur. Asılı hissəciklərin tərkibində zərərli mikroorqanizmlər (bakteriya, virus və göbələklər) atmosferin bioloji çirklənməsinə səbəb olur. Müxtəlif ölçülü hissəciklərin orqanizmə təsiri mexanizmində və təsir dərəcəsində prinsipial fərq mövcuddur.
Analiz üçün nümunə götürərkən selektiv impaktordan keçən aerodinamik diametri 10 mkm olan hissəciklər PM10 adlanır (ingiliscə partikulate matter). PM10 hissəcikləri əsasən raspirabel fraksiyasından ibarətdir, yəni xirtləkdən (boğazdan) birbaşa ötərək orqanizmə daxil olur. Diametri 10 mkm-dən kiçik olan antropogen tullantılarının asılı hissəciklərinin başlıca mənbələrinin cəmi avtonəqliyyatın hərəkəti (10-25%), stasionar qurğularda yanacağın yandırılması (40-55%) və sənayedəki texnoloji proseslər (15-30%) sayılır.
Selektiv impaktordan keçən 2,5 mkm aerodinamik diametrli hissəciklər (həmin diametrli hissəciklərin 50% ələnməsini təmin edən) PM2,5 adlanır. Tam ələnmənin yuxarı həddi 7 mkm-ə uyğun gəlir. Yüksək risk qrupundan (uşaqlar və müəyyən ağciyər xəstəliyi olan yaşlılar) olan şəxslərin tənəffüs (nəfəs) yolları sahəsinə daxil olan ümumi asılı hissəciklərin respirabel hissəsini təşkil edir.
Asılı hissəciklərə hər yerdə rast gəlinməsi və mürəkkəb tərkibli olduğuna görə onların normalaşdırılması olduqca mürəkkəb məsələ sayılır. Rusiyada asılı hissəciklərin cəmi üçün yalnız iki normativ qəbul olunmuşdur: maksimal YVK (yol verilən konsentrasiya) – 500 mkq/m3 və orta sutkalıq YVK – 150 mkq/m3. Avropa ölkələrində və ABŞ-da ümumi asılı hissəciklər və ölçüsü 10 və 2,5 mkm-dən kiçik olan hissəciklər üçün daha parçalanmış normativ şkalası hazırlanmışdır. ABŞ-da asılı hissəciklərin normalaşdırılması yalnız respirabel fraksiyası, yəni ölçüsü 10 və 2,5 mkm-dən kiçik olan hissəciklər üçün hazırlanmışdır. Bu normativlər asılı hissəciklərin mütənasib olaraq 83 və 50 mkq/m3 cəminin miqdarına uyğun gəlir. Avropa Şurası bu normativləri gələcəkdə daha da sərtləşdirmək (azaltmaq) üzrə xüsusi direktivlər hazırlayır.
Hesablamalar göstərir ki, Rusiyada hər iki adamdan biri (70 mln-dan artıq) daim atmosfer havasında olan asılı gətirmələrin yüksək təsirinə məruz qalır. Həm də 2,4 mln. adam yüksək konsentrasiyanın (300 mkq/m3) və 20 mln. adam isə ortasutkalıq YVK-dan yüksək təsirinə məruz qalır. ABŞ-da 2 mln. adam havada asılı hissəciklərin 300 mkq/m3-dən yüksək olan konsentrasiyasının təsirinə məruz qalır.

Yorumlar

Bu blogdaki popüler yayınlar

İnsan skeleti

ƏN MƏSUR RİYAZİYYATÇILAR

Günəş sistemi