İONLAŞDIRICI ŞÜALANMALAR


İONLAŞDIRICI ŞÜALANMALAR
İonlaşdırıcı şüalar çox yüksək bioloji təsir etmə xassəsinə malikdirlər, bu şüalarla canlı orqanizmin atom və molekulları arasındakı qarşılıqlı təsir, yəni bu şüaların təsirindən insan və heyvan orqanizmi hüceyrələrində, orqanlarında baş verən mürəkkəb biokimyəvi, fiziki-kimyəvi və s. proseslər nəzərdə tutulur. Bu məsələ son illərə qədər rentgenoloq və radioloqları bir qədər də maraqlandırmırdı. Lakin son 20-30 il ərzində bəzi ölkələrdə atom sənayesinin sürətlə inkişafı ilə əlaqədar olaraq, tibb, kənd təsərrüfatı və baytarlıq elmlərinin böyük bir qrup alimləri şüaların bioloji təsir mexanizmini öyrənməyə başlamışdır.

Şüa zədələnmələrinin əsas profilaktik və müalicə məsələlərini düzgün həll etmək üçün bu şüaların birincili bioloji təsir mexanizmini öyrənmək dərin bilik tələb edir. Şüa zədələnmələrnin biokimyəvi mexanizmini bilmək bu prosesin patogenezmin və maddələr mübadiləsi pozğunluğu ilə baş verən bəzi xəstəliklərdə yaranan biokimyavi dəyişikliklərin öyrənilməsinə çox kömək edir. Bu məsələnin əsaslı həlli ionlaşdırıcı və toxumalarda baş verən morfoloji dəyişikliklər düzgün öyrənilmədiyindən sonra mümkün ola bilər.
Heyvan orqanizması çox mürəkkəbdir və demək olar ki, o hələ axıra qədər öyrənilməmişdir. Uzun müddət aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, müxtəlif növ şüaların öyrənilmişdir, bu şüaları əmələ gətirən izotopların toplanması və enerjinin əmələ gətirməsi əsasən ilk əvvəl heyvanın biokimyəvi xüsusiyyətlərdən çox asılıdır.
Radioaktiv şüaların bioloji təsir xüsusiyyəti ilk əvvəl heyvanda şüalanmanı qəbul edən analizatorun olmaması, ikincisi isə toxumanın enerji ötürmə forması ilə əlaqədardır. Məsələn, bütün növ xırda heyvanlar üçün 1000 R ölüm dozasıdı, lakin buna baxmayaraq toxumaya çox az miqdarda 8,4 KDJ/g (2 kkalori) enerji toplanır.
İonlaşdırıcı şüaların bioloji təsir mexanizmini təmini olaraq iki əsas etapa bölmək olar, ilk olaraq şüalanmanın bioloji təsiri ilə təyin olunur, yəni orqan və toxumaların biokimyəvi proseslərinə təsir etmək, ikinci etap orqanizmaya şüalanmanın təsiri zamanı neyrogen və gumoroloji dəyişkənlik vasitəsilə əmələ gələn prosesdir.
İonlaşdırıcı şüaların bioloji təsiri bir çox amillərdən asılı olaraq özlərini müxtəlif cür biruzə verə bilir. Bu amillərdən şüaların növünü, enerjisini, təsir etmə müddətini, cisimlərdən görmə qabiliyyətini, ionlaşdırma xassələrini və s. göstərmək olar. İonlaşdırıcı şüalar o şüalardır ki, onların enerjisinin təsirindən udulduqları mühitdə, eləcə də canlı orqanizmdə ionlar əmələ gəlir. Bu şüaların  şüaları, mənfi yüklü - zərrəciklər (elektronlar) müsbət yüklənmiş e+-hissəciklər və xassələrinə görə Rentgen şüalarına oxşar  kvantlar və ya elektromaqnit şüalanma fotonları aiddir.
1905-ci ildə Berqon və Trobondo tərfəindən teoriya əmələ gəldi, bu teoriyada qeyd olunurdu ki, Süd xəstəliyinin əmələ gəlməsində maddələr mübadiləsinin pozulması nəticəsində yaranır.

Yorumlar

Bu blogdaki popüler yayınlar

İnsan skeleti

ƏN MƏSUR RİYAZİYYATÇILAR

Günəş sistemi