Kayıtlar
yuri qaqarin etiketine sahip yayınlar gösteriliyor
Yuri Qaqarin: “Bütün dünyanı lərzəyə gətirən səyahət”
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Yazan:
Elvin
-
Yuri Qaqarin: “Bütün dünyanı lərzəyə gətirən səyahət” Qaqarin özünün 108 dəqiqəlik tarixi orbital uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı Yuri Qaqarin: “Dünyanı lərzəyə gətirən səyahət” Pol Rinkon, BBC-nin elmi müxbiri Qaqarin özünün 108 dəqiqəlik tarixi orbital uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. Bu uçuşu Qərbdə bir çoxları Sovet İttifaqının növbəti təbliğatı kimi qarşıladılar. Bundan əvvəl 1957-ci ildə Sovetlər kosmosa ilk “Sputnik” peykini buraxmışdılar. Apollon 16 kosmik gəmisi ilə Aya uçmuş astronavt Çarlz Dyuk deyir ki, Qaqarin kosmosa uçanda o, Almaniyada F-102 qırırcısında xidmət edirdi və onlar kosmosdan daha çox Berlin Hasarının tikintisi barədə düşünürdülər. “Bu xəbəri eşidəndə, - deyir Amerikalı, - beynimdən ilk keçən bu oldu ki, onlar bizi yenə də ötdülər”. O zamankı Sovet lideri Nikita Xruşşovun oğlu Sergey BBC-yə bildirib ki, “Biz fəxr edirdik, lakin o vaxt bunun nə qədər əhəmiyyətli bir hadisə olduğunu dərk etmirdik. Bu daha bir uçuş, da...