Çernobıl faciəsi haqqında 5 ən böyük mif
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Yazan:
Elvin
-
1986-cı ildə baş vermis Çernobıl nüvə qəzasının yaratdığı şok və narahatlıq müxtəlif miflərin yaranmasına səbəb olub.
Bəşər tarixində insan tərəfindən törədilmiş ən pis qəza ukraynalılarda qorxulu mutant heyvanların yaşadığı böyük biyabanlıq, insanların yalnız böyük miqdarda alkoqollu içkilər istehlak etməsi hesabına sağ qala bilməsi, qadağan zonasının yüksək radiasiyaya görə yox, hansısa gizli psixotrop silah mərkəzi üçün qoyulduğu barədə təsəvvürlər yaradıb.
Nüvə stansiyası ətrafında radiasiyaya məruz qalmış sahənin son 30 ildə elmi şəkildə
araşdırılması bir çox ən geniş yayılmış miflərin dağılmasına kömək edib.1-ci mif: Qadağan zonasındakı radiasiya heyvanlarda mutasiyaya səbəb olaraq heyrətamiz şəkildə güclü və öldürücü qüdrətə malik əcinnələr yaradıb. Bu heyvanlardan çoxunun ya ayaqlarından biri, ya başı, ya da quyruğu yoxdur və sair.
Alimlər buna bənzər heç nə tapa bilməyiblər. Sonsuz sayda quş və heyvan 26 aprel patlayışlarının dərhal ardınca qırılıb. Davamlı radiasiyanın yalnız bəzi əlamətləri nəzərə çarpır. Yüksək radiasiya olan yerlərdə cırtdan ağaclar buna misal ola bilər. Bir də yüksək dərəcədə cesium-137 ilə şüalanmış heyvanlar qeydə alınıb.
2-ci mif: Radiasiya heç əvvəldən təhlükəli olmayıb, çünki bu ərazidə çox sayda canavar, ceyran, porsuq, qaban və sair heyvanlar yaşayır.
Araşdırmalar göstərir ki, bu ərazidə əlbəttə vəhşi təbiət guşəsi yaranıb. Lakin burada çox sayda heyvanın yaşaması onların insan tərəfindən narahat edilməməsi ilə bağlıdır. İnsan məskunlaşması, ovçuluq, əkinçilik və meşəçilik bəzən radiasiyadan daha böyük ziyan vurur.
3-cü mif: Radiasiyanın zəhərli təsirini araq, şərab və ya böyük həcmlərdə pivə içməklə azaltmaq mümkündür.
Sərt spirtli içkilərin qoruyucu effektə malik olması barədə elmi dəlillər yoxdur. Bununla belə, alimlər aşkar ediblər ki, qırmızı çaxırın tərkibində olan təbii antioksidant – resveratrol, hüceyrələri radiasiyanın vurduğu zərərdən qoruya bilir.
4-cü mif: Radiasiyanın insanlara qorxulu təsiri olmayıb. 30 kilometrlik radiusu olan qadağan zonası tezliklə açılacaq, burada təbiət qoruğu yaradılacaq və yaşıl turizm gəlhagəli yaşanacaq.
Ötən il Ukrayna hökuməti qadağan zonasının 10 kilometrədək “daraldılması” məsələsinə baxıb. Lakin müxtəlif səbəblərə görə bundan bir şey çıxmayıb. Alimlər deyirlər ki, 30 kilometrlik radiasiya qurşağında şüalanma hələ də güclüdür və buna görə də bu ərazi insanlar üçün 20 min il müddətində təhlükəli olacaq.
5-ci mif: Çernobıl stansiyasının ətrafındakı qadağan zonası radiasiyanın yayılmasının qarşısının alınması üçün yox, yüksək məxfilikli psixotrop silah mərkəzinin gizlədilməsi məqsədilə yaradılıb. Onun üzərindəki radarı hələ də görmək mümkündür.
Burada, nüvə stansiyasının yaxınlığında, həqiqətən də sovet dövründə Duga-1 ballistik raketlərdən müdafiə erkən xəbərdarlıq qurğusu olub. Bu qurğu 2500 kilometrlik məsafədən atılan ballistik raketlərin aşkarlanmasına imkan verirdi. Lakin aprelin 26-da baş vermiş nüvə qəzasından sonra Sovet hökuməti qurğunun dağıdılmasına sərəncam vermişdi.
Bu blogdaki popüler yayınlar
İnsan skeleti
Yazan:
Elvin
-
İnsan skeleti İnsan skeleti İnsan skeleti, sümüklərdən ibarətdir və bağlar (ligamanlar), şüaları (tendon), əzələlər, qığırdaqları və digər orqanlar tərəfindən dəstəklənir. Skelet sabit və dəyişməz deyil; tərkibi həyat boyunca dəyişir. Hamiləliyin erkən dövrlərində, döl sərt bir skeletə malik deyil, rəhmin içindəki doqquz ay boyunca sümüklər yavaşca meydana gələr, yetkinləşər. Doğumda, bütün sümüklər meydana gəlmişdir, lakin yeni doğulmuş bir körpə bir yetişkinden daha çox sümüyə malikdir. Ortalama olaraq, yetkin bir insan 206 sümüyə malikdir (Gray Anatomisi'ne görə, yenə də sayı fərddən fərdə kiçik nisbətlərdə dəyişiklik göstərər), halbuki bir körpə 300-dən çox sümüklə doğulur. Fərqin səbəbi böyümə əsnasında bir-biriylə kaynayacak olan kiçik kemiklerdir. sümüklər; qısa, uzun və yastı sümüklər olaraq şəkillərinə görə üçə ayrılar. Canlılarda daxili və xarici olmaq üzrə iki tip skelet vardır. Xarici skelet: Bədənin xarici qisimində tapılar, üzərində heç bir bədən örtüyü tapılmaz. Üzvi...
ƏN MƏSUR RİYAZİYYATÇILAR
Yazan:
Elvin
-
Kainatın dili "olaraq təyin olunan riyaziyyat, dünyanın və kainatın təməllərini meydana gətirməkdədir. Kompüterlər, göydələnlər, körpülər, qısacası baxdığımız hər yerdə riyaziyyatı və onun təsirlərini görürük. Bu yazımızda işləri keçmişdən günümüzə bir çox sahədə istifadə riyaziyyatçıları sizlər üçün yığdıq. İşdə tarixə damğasını vurmuş 10 riyaziyyatçı 10 PİFAQOR "Ədədlərin atası" olaraq bilinən və e.ə. 570 - e.ə. 495 tarixləri arasında yaşamış olan İyonyalı filosof, riyaziyyatçı və Pisagorculuk olaraq bilinən axının qurucusudur. Pisagorun düşüncəsi hər şeyin riyaziyyatla əlaqədar olduğu və riyaziyyat vasitəsilə hər şeyin təxmin edilebileceğiydi. Özünü filosof adlandıran ilk şəxs olan Pifaqor, düşüncələrini yazıya dökmediği üçün onun haqqında bildiklərimiz şagirdlərinin yazılarında İzah etdikləriylə məhduddur. Pifaqora aid bir çox əsər əslində onun şagirdlərinin ola bilər. Andrew Wiles 1953-ci il təvəllüdlü məşhur İngilis riyaziyyatçı, "Hər hansı x, y, və z müsbət t...
Radiasiya NƏDİR?
Yazan:
Elvin
-
Radiasiya NƏDİR? HAZIRLAYAN: Uzm.Dr.Kamuran Quş tərcüme edən ELVIN QASIMOV Radiasiya, elektromaqnit dalğalar və ya hissəciklər formasındakı enerjinin emissiyası və ya ötürülmə. Bilindiyi kimi maddənin təməl quruluşunu atomlar meydana gətirir. Atom isə, proton və neytronlardan ibarət bir nüvə ilə bunun ətrafında dönməkdə olan elektronlardan ibarətdir. Əgər, hər hansı bir maddənin atom nüvəsindəki neytronların sayı, proton sayına görə olduqca çox isə bu maddələr qərarsız bir quruluş göstərməkdə və nüvəsindəki neytronlar çevrilərək β- (negatron) yayarlar. Əgər protonlar, neytronlardan çox isə protonlar çevrilərək β + (positron) yayarlar. Atom nüvəsindən ayrılan neyronlar və protonlar qərarlı olmayan atom nüvəsi qamma (γ) şüası yayır. Ağır nüvələr alfa (α) şüası (helium nüvələri) piyada və ya FIZYO reaksiyaya məruz qala bilərlər. Bu reaksiyaya məruz qalaraq parçalanan maddələrə 'radioaktiv maddə', ətrafa yayılan alfa, beta və qamma kimi şüalara isə 'radiasiya' adı verilir. ...
Yorumlar
Yorum Gönder