Çernobıl faciəsi haqqında 5 ən böyük mif
1986-cı ildə baş vermis Çernobıl nüvə qəzasının yaratdığı şok və narahatlıq müxtəlif miflərin yaranmasına səbəb olub. Bəşər tarixində insan tərəfindən törədilmiş ən pis qəza ukraynalılarda qorxulu mutant heyvanların yaşadığı böyük biyabanlıq, insanların yalnız böyük miqdarda alkoqollu içkilər istehlak etməsi hesabına sağ qala bilməsi, qadağan zonasının yüksək radiasiyaya görə yox, hansısa gizli psixotrop silah mərkəzi üçün qoyulduğu barədə təsəvvürlər yaradıb. Nüvə stansiyası ətrafında radiasiyaya məruz qalmış sahənin son 30 ildə elmi şəkildə araşdırılması bir çox ən geniş yayılmış miflərin dağılmasına kömək edib. 1-ci mif: Qadağan zonasındakı radiasiya heyvanlarda mutasiyaya səbəb olaraq heyrətamiz şəkildə güclü və öldürücü qüdrətə malik əcinnələr yaradıb. Bu heyvanlardan çoxunun ya ayaqlarından biri, ya başı, ya da quyruğu yoxdur və sair. Alimlər buna bənzər heç nə tapa bilməyiblər. Sonsuz sayda quş və heyvan 26 aprel patlayışlarının dərhal ardınca qırılıb. Davamlı radiasiyanın yaln